Ramzan Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verib
Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:
"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.
Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik".(report)
15:49 10.10.2026
Oxunuş sayı: 151