Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib





Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, inkişaf perspektivləri barədə geniş fikir
mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.
Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim
Muniri və Pakistan Ordusunun şəxsi heyətini "Müstəqillik günü" və
"Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra feldmarşal Asim Munirə Azərbaycan Müdafiə nazirinin əmri
ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim
olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan İslam
Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik
günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak
edəcək.
18:34 13.08.2025
Oxunuş sayı: 1377