İndiyədək Azərbaycandan Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon dolları ötüb

Müharibə şəraiti ilə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.
Crossmedia.az xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir.
14:23 13.08.2025
Oxunuş sayı: 612