Azərbaycan və Ermənistan aralarındakı hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı tədbirlər görəcək

Azərbaycan və Ermənistan onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd
olunub.
"Tərəflər bu çərçivədə sözügedən şəxslərin taleyinə
aydınlıq gətirilməsinin, o cümlədən müvafiq olduğu təqdirdə, onların
qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri
yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və
etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli
müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə
razılaşdırılacaqdır", - mətndə vurğulanıb.
17:23 11.08.2025
Oxunuş sayı: 646