Bolqarıstan XİN Azərbaycan və Ermənistan arasında razılaşmanı tərəflərin xoşməramlılığının sübutu adlandırır

Bolqarıstan Ermənistan və Azərbaycan arasında imzalanmış əlamətdar sazişi alqışlayaraq, bunu onilliklər boyu davam edən münaqişəyə son qoymaq üçün hər iki tərəfin xoşməramlı və sadiqliyinin sübutu adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu addım regionda sülh və rifahın yeni dövrünün başlaması yolunda mühüm əhəmiyyət kəsb edir. Biz münasibətlərin tam normallaşmasına nail olmaq üçün onların səmimi səylərini dəstəkləməyə davam edəcəyik", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
10:23 11.08.2025
Oxunuş sayı: 694