BMT-nin baş katibi Bakı ilə İrəvan arasında bəyannamənin imzalanmasını alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın birgə bəyannamə imzalamasını alqışlayıb və bunu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin jurnalistlərə yaydığı məlumatda deyilir.
“Baş katib Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın davamlı dialoqa və etimadın yaradılmasına sadiqliyini alqışlayır, bu məsələdə irəliləyişə nail olmaq üçün Prezident Trampın səylərini qəbul edir. Baş katib BMT-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir.
20:24 09.08.2025
Oxunuş sayı: 1601