Kommunikasiya yollarının açılmasına İranın dəstəyi gözlənilir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Aram Qriqoryan bildirib ki, regionda kommunikasiya yollarının açılması bütün ölkələrin maraqlarına uyğundur və İrana məlumdur ki, Ermənistan bu prosesə göstərilən prinsiplər əsasında onu icra etməyə hazırdır. O, İranın bu təşəbbüsə dəstək verəcəyini istisna etmir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda yeddi maddədən ibarət birgə bəyannamə imzalayıblar. Sənəd sülhə doğru irəliləyişi təsdiqləyir və ABŞ Prezidenti Donald Tramp tərəfindən də təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə “Ermənistan və Azərbaycan arasında sülh və ikitərəfli münasibətlərin qurulması” barədə sazişinin ilkin təsdiqini veriblər.
Sazişin mətni avqustun 11-də açıqlanacaq.
Pərvin Hacıyeva
16:53 09.08.2025
Oxunuş sayı: 2551