Monteneqro XİN başçısı: "Sazişin ABŞ-də imzalanması sülhə mühüm töhfədir"

Monteneqro ABŞ-nin yardımı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır.
Crossmedia.az xəbər verir ki, bunu Monteneqro Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Filip İvanoviç bildirib.
“Bu, sülhə, eləcə də uzunmüddətli regional sabitliyə və firavanlığa mühüm töhfədir. Azərbaycan, Ermənistan və ABŞ liderlərini təbrik edirik”, - İvanoviç sosial media hesabında yazıb.
16:46 09.08.2025
Oxunuş sayı: 2882