Azərbaycanda haqsız rəqabətə yol verilməsi ilə əlaqədar müraciətlərin sayı iki dəfəyədək artıb

Cari ilin yanvar-iyun ayları ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.
Bu barədə Crossmedia.az agentliyə istinadən xəbər verir.
Belə ki, hesabat dövründə haqsız rəqabətə yol verilməsi ilə əlaqədar agentliyə 131 müaciət daxil olub ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. Ötən ilin yanvar-iyun aylarında bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 77 müraciətə baxılmışdı.
Hesabat dövründə haqsız rəqabətə yol verilməsi ilə əlaqədar baxılmış müraciətlərin sahələr üzrə bölgüsü aşağıdakı kimi olub:
17:25 06.08.2025
Oxunuş sayı: 763