Azərbaycanın valyuta ehtiyatları son bir ayda 37 milyon dollardan çox artıb

Cari ilin avqusutun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,191 milyard ABŞ dolları təşkil edib.
Crossmedia.az AMB-yə istinadən xəbər verir ki, bu, cari ilin iyulun 1-i ilə müqayisədə 37,3 milyon ABŞ dolları və ya 0,3% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 202,7 milyon ABŞ dolları və ya 1,8% artıb, son 1 ildə isə 574,5 milyon ABŞ dolları və ya 4,9% azalıb.
09:30 04.08.2025
Oxunuş sayı: 735