İsrail Şimali Kiprə hərbi müdaxilə planı hazırlayır - ŞOK

İsrail hökuməti, əgər Şimali Kiprdən gələn təhlükə kritik səviyyəyə çatsa, Yunanıstan və Kiprlə birgə koordinasiyada adanın şimal hissəsini “azad etmək” üçün hərbi plan hazırlamalıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ŞKTR-in bölgədəki geosiyasi mövqeyi və Türkiyə ilə yaxın münasibətləri İsrailin təhlükəsizlik maraqları baxımından narahatlıq doğurur. Bildirilir ki, bu ərazi "potensial təhdid mənbəyi" kimi qiymətləndirilir və gələcəkdə İsrailin enerji və təhlükəsizlik strategiyalarına təsir göstərə bilər.
Hazırda İsrail tərəfinin rəsmi mövqeyi açıqlanmasa da, İsrail mediasının bu məsələni gündəmə gətirməsi bölgədəki gərginliyin artmaqda olduğunu göstərir.
21:26 01.08.2025
Oxunuş sayı: 1308