Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan
və Efiopiya kənd təsərrüfatının modernləşdirilməsi imkanlarını, qarşılıqlı
ticarətin genişləndirilməsini müzakirə ediblər.
Crossmedia.az
xəbər verir ki, bu barədə Efiopiyanın kənd təsərrüfatı naziri Girma Amente
"X" sosial şəbəkəsində yazıb.
Onun
sözlərinə görə, bununla bağlı müzakirələr azərbaycanlı həmkarı Məcnun Məmmədov
ilə keçirilən görüşdə baş tutub.
Görüş
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən BMT-nin Ərzaq Sistemləri üzrə 2-ci
Sammiti (UNFSS+4) çərçivəsində baş tutub.
Tərəflər,
həmçinin kadr potensialının artırılması və mütəxəssislərin peşə hazırlığı
proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
13:29 30.07.2025
Oxunuş sayı: 817