Sumqayıt Kimya Sənaye Parkına 6 milyard manata yaxın investisiya qoyulub

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinin idarəçiliyində olan, Cənubi Qafqazın ən böyük sənaye parkı -
Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan
39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan da artıq
28-i fəaliyyət göstərir.
Crossmedia.az agentliyə istinadən xəbər verir ki, bu günə qədər
sahibkarlar Parka 5,6 milyard manat investisiya yatırılıb, 6 300-dən artıq
daimi iş yeri yaradıb, 14,4 milyard manatlıq məhsul satıb ki, bunun da bunun da
5,2 milyard manatlıq hissəsi ixracın payına düşüb.
Təkcə bu ilin I yarısında isə 1,1 milyard manatlıq məhsul
satılıb ki, bunun da 545 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 20 %-ə yaxın artıb.
Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və
polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə
kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı
istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən
artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.
Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin
inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, burada
sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur. Həmçinin
Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak,
torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam
azad olunurlar. Parkın rezidentlərinə indiyə qədər 912 ədəd təsdiqedici sənəd
verilib. Bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların
idxalı zamanı 400 milyon manatdan çox vəsaitə qənaət ediblər.
11:55 30.07.2025
Oxunuş sayı: 1043