Rusiyalı politoloq: AZAL təyyarəsini Rusiya vurub

Rusiyalı politoloq Sergey Markov Moskva ilə Bakı arasında gərginliyin səbəbinin təyyarə insidenti olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə politoloq "Tsarqrad TV" kanalının efirində çıxışı zamanı məlumat verib.
“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi – təyyarədir. Biz həmin təyyarəni vurduq və bu, kifayət qədər aydındır. Bu, dəqiq məlumdur – təyyarəni biz vurmuşuq. Və Azərbaycan da bilir ki, Rusiya rəhbərliyi təyyarənin kim tərəfindən vurulduğunu çox gözəl anlayır”, – deyə Markov vurğulayıb.
Politoloqun sözlərinə görə, Bakı rəsmi şəkildə üzr tələb edir və Moskvaya xatırladır ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan təsadüfən vurulan Rusiya vertolyotu ilə bağlı məsuliyyəti dərhal öz üzərinə götürərək məsələni tez bir zamanda yoluna qoyub.
Qeyd edək ki, rəsmi Moskva isə Aktau faciəsi ilə bağlı hələ də məsuliyyəti öz üzərinə götürməyib.
Fatimə Məmmədova
11:48 30.07.2025
Oxunuş sayı: 1143