Sabit tarif səviyyəsi 1 manatı aşmayacaq

Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.
Crossmedia.az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bildirib.
Onun sözlərinə görə, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir: "Bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına əldə etdilməsidir”.
12:10 08.07.2025
Oxunuş sayı: 751