Milli mətbuatın 150 illiyi: Zərdabidən bu günə maarifçilik ənənəsi

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlar silsiləsinə start verilib.
Crossmedia.az xəbər verir ki, seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli tərəfindən bir sıra təqdimatlar təqdim olunub. Onun çıxışları “Jurnalistikanın tarixi: papirusdan kompüterə”, “Azərbaycanda milli mətbuatın təşəkkülü və inkişaf mərhələləri”, “Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası” və “Media etikasının aktual problemləri” mövzularını əhatə edib.
Natiq Məmmədli vurğulayıb ki, milli mətbuatın 150 illik yubileyi təkcə tarixi xatırlamaq üçün deyil, həm də jurnalistikanın gələcək inkişaf yolunu formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin dərinləşdirilməsi, eyni zamanda medianın peşəkar və etik prinsiplər əsasında fəaliyyət göstərməsi baxımından əhəmiyyətli rol oynayır.
Aybəniz Səfərova
11:35 20.06.2025
Oxunuş sayı: 1111