WSJ: “Ayətullahlar Trampdan qorxmadıqları üçün nüvə danışıqlarını təxirə salırlar”

"İranla ABŞ arasında nüvə danışıqları, görünür, dalana dirənib. Tehran ABŞ prezidentinin hərbi addım atmayacağına əmindir".
Crossmedia.az xəbər verir ki , bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, Tehran nüvə danışıqlarını gecikdirməyə davam edir. Tramp bu prosesdən yorulsa, o, İsrailə İranın nüvə infrastrukturunu və raket obyektlərini hədəfə alması üçün göstəriş verə bilər.
Qeyd olunub ki, bu variant ABŞ üçün cəlbedici deyil, çünki bu, Amerikanın hərbi dəstəyini tələb edir. Tramp üçün daha əlverişli variant danışıqları davam etdirmək, İsrailin hərbi əməliyyatlarının qarşısını almaq və “maksimum təzyiq” siyasətinə qayıtmaqdır.
18:10 28.05.2025
Oxunuş sayı: 948