İran Britaniyaya xəbərdarlıq etdi

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı sosial media hesabında paylaşım edərək, yazıb ki, “əgər Britaniyanın mövqeyi İranda sıfır zənginləşdirmədirsə, nüvə proqramı ilə bağlı iki ölkə arasında müzakirə üçün heç bir məsələ olmayacaq”.
Crossmedia.az bu barədə ISNA-ya istinadən xəbər verir.
Əraqçının sözlərinə görə, “Britaniyanın mövqeyi “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın öhdəliklərinin açıq şəkildə pozulmasıdır”.
Bundan əvvəl Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelson Amerika rəsmilərinin İranın uranı zənginləşdirilməsinı dayandırması ilə bağlı açıqlamalarını dəstəkləyib.
10:50 28.05.2025
Oxunuş sayı: 1270