BMTM sədri: "İslamafobiya cəmiyyətin üzləşdiyi təhdiddir"

"Radikal dini qruplar İslam mövzusunu mənimsəməyə çalışaraq, müsəlman dünyasında birliyə deyil, daha çox parçalanmalara səbəb olurlar. Bu səbəbdən, Azərbaycan kimi dünyəvi ölkələrin anitmüsəlman siyasətlərə qarşı mübarizədə mühüm rol oynaya biləcəyini hesab edirəm. Biz radikal qrupların İslamofobiya mövzusunu monopoliyaya almasına imkan verməməliyik. Bu amillər də zaman-zaman islamofobiyanın baş qaldırmasına səbəb olan problemlərdir".
Crossmedia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxışında deyib.
"Qeyd etmək istəyirəm ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə araşdırmalar aparmaq, eləcə də həmin tədqiqatların nəticələrinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə paylaşılması üçün imkanlar yaradır. Ən önəmli məsələ İslamı təhrif edən radikal hərəkatlara qarşı mübarizə aparmaqdır. Bu radikallar İslamı öz siyasi məqsədləri üçün istifadə etməklə, həm müsəlmanların reputasiyasına zərər vurur, həm də İslamofobiyanın genişlənməsinə səbəb olurlar", -o bildirib.
Natiq əlavə edib ki, İslamofobiya təkcə bir dini və ya mədəni qrupun problemi deyil, bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir: "Biz bu təhdidlə mübarizə aparmalı, dünyada sülhü və qarşılıqlı anlaşmanı təmin etməliyik".
Kənan Novruzov
10:07 26.05.2025
Oxunuş sayı: 1858