Putin: İlk addımı onlar atdılar, biz cavab verdik
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın enerji infrastrukturu və digər obyektlərinə, o cümlədən məlumat mərkəzlərinə endirilən zərbələrə münasibət bildirərək, Moskvanın buna cavab verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə açıqlamasında danışıb.
Putinin sözlərinə görə, ilk addımı Ukrayna atıb, Rusiya isə buna qarşılıq verməyə başlayıb.
“İlk addımı onlar atdılar. Biz cavab verməyə başladıq. İndi isə artıq enerji sektoru və digər obyektlər, o cümlədən məlumat mərkəzləri ilə bağlı şikayət edirlər. Bunu onlar başladılar. Başlamamalı idilər. Bu addımı atmadan əvvəl nəticələrini diqqətlə düşünməli idilər”, – deyə Putin bildirib.
23:39 15.10.2026
Oxunuş sayı: 50