Fərid Şəfiyev: "İslamofobiya hallarının artdığını müşahidə edirik"

"Nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır".
Crossmedia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxışında deyib.
"Bundan əlavə, biz İslamofobiya hallarının artdığını və müsəlman icmalarına qarşı dövlət səviyyəsində həyata keçirilən təzyiq və ayrı-seçkilik fəaliyyətlərinin genişləndiyini müşahidə edirik. Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur ki, bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar", -o bildirib.
Natiq əlavə edib ki, milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür.
Kənan Novruzov
10:04 26.05.2025
Oxunuş sayı: 1613