Misirdə faciə: 44 turist daşıyan dənizaltı batdı

Misirin Qızıldəniz sahilindəki Hurgada şəhəri yaxınlığında 44 turist daşıyan bir dənizaltı batıb. Hadisə nəticəsində ən azı altı nəfər həyatını itirib, doqquz nəfər isə yaralanıb. 29 nəfər sağ olaraq xilas edilib, dörd nəfərin vəziyyəti isə kritikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, Misirdəki Rusiya səfirliyi gəmiyə minən bütün turistlərin rus vətəndaşı olduğunu bildirib.
Qeyd edək ki, həmin dənizaltı "Sindbad" adı ilə tanınır və Hurgada bölgəsində turistik gəzintilər təşkil edir. Sindbad, dünyada iki "əyləncə məqsədli dənizaltı"ya sahib olduğunu bildirir. Belə ki, bu dənizaltı, 25 metr dərinliyə qədər enərək dəniz canlılarını kəşf etməyə imkan yaradır.
Fatimə Məmmədova
17:00 27.03.2025
Oxunuş sayı: 1313