Helikopter qəzaya uğrayıb

Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi zamanı “Sikorsky S-76” helikopteri qəzaya uğrayıb.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində bir pilot olub, o həlak olub.
Yanğınlar nəticəsində ən azı 18 nəfər həlak olub. Koreya Respublikası prezidentinin səlahiyyətlərini icra edən baş nazir Han Dok Su ölkənin cənub-şərqindəki meşə yanğınlarını tarixdə ən dəhşətli yanğın adlandırıb.
Onun sözlərinə görə, təbii fəlakətlə mübarizəyə 128 helikopter, 1,1 mindən çox hərbçi, təxminən 3,1 min yanğınsöndürən və 4,6 min dövlət qulluqçusu cəlb edilib.
09:42 26.03.2025
Oxunuş sayı: 1566