Türkiyədə restoranda atışma oldu - Bir azərbaycanlı yaralandı

Türkiyənin İstanbul vilayətində atışma baş verib. Şişli rayonunda yerləşən restorana silahlı hücum edilib.
Məlumata əsasən, otelin restoran hissəsində oturan 3 nəfərə iki nəfər silahla atəş açıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Bildirilib ki, yaralanan Erkan A. ve Beyhan T.-nin vəziyyət ağırdır. Azərbaycan vətəndaşı olan Hüseyn M.-nin yüngül xəsarətlər aldığı qeyd edilib.
05:47 25.03.2025
Oxunuş sayı: 997