ABŞ mediası: Tramp Türkiyəyə F-35 satışı fikrinə açıqdır

ABŞ mediası Prezident Donald Trampın Türkiyəyə F-35 satışını yenidən başlatmağı və sanksiyaları ləğv etməyi nəzərdən keçirdiyini bildirib. Məlumata görə, Tramp Türkiyənin S-400-ləri qeyri-aktiv hala gətirəcək bir razılaşmaya razı olması halında bu satışa açıqdır.
Crossmedia.az ABŞ mediasına istinadən xəbər verir ki, F-35-lərlə bağlı Avropada narahatlıqlar artır. ABŞ-nin bu təyyarələr üzərində tam nəzarətə sahib olduğu və fövqəladə hallarda onların istifadəsini məhdudlaşdıra biləcəyi iddia edilir. Almaniya, Böyük Britaniya və Niderland F-35-ləri istifadəyə davam etsə də, Kanada və Portuqaliya sifarişlərini yenidən nəzərdən keçirir. Almaniyada isə sifarişlərin ləğvi ilə bağlı çağırışlar artır.
Mədinə Cəlilova
17:33 22.03.2025
Oxunuş sayı: 884