Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə kollegiya iclası keçirilib.
Crossmedia.az xəbər verir ki ki, hibrid formatda təşkil olunan iclasda kollegiya üzvləri, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələri iştirak ediblər.
Kollegiya sədri çıxışında Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq, Energetika Nazirliyinin qarşısında duran vəzifələri qeyd edib, tapşırıqların vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb. Daha sonra iclasın gündəliyi elan edilib və məruzələr üçün söz çıxışçılara verilib.
Gündəliyə uyğun olaraq enerji balansının hazırlanması, təsdiqi və icrasına nəzarətlə bağlı müvafiq normativ-hüquqi aktdan irəli gələn tapşırıqların icra vəziyyəti barədə geniş təqdimat edilib. Enerji balansı üzrə məlumatların toplanması, emalı və ümumiləşdirilməsi, həmçinin aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə dair həyata keçirilmiş koordinasiya tədbirləri haqqında məlumat verilib.
2024-cü il ərzində nazirlikdə icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair hesabat dinlənilib, sənədlərlə iş və nəzarət mexanizmləri sahəsində görülmüş tədbirlər ətraflı təhlil olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn, həmçinin nazirliyin iş planı üzrə tapşırıqların icra səviyyəsi nəzərdən keçirilib.
İclasın yekununda kollegiya sədri müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar verib.
11:50 19.03.2025
Oxunuş sayı: 965