ABŞ və İsrail İrana yeni hücumu müzakirə edir
ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirirlər. Lakin ABŞ Prezidenti Donald Tramp hələlik bununla bağlı yekun qərar qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, “CBS News” bu barədə məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı ABŞ ilə birgə hərbi əməliyyatın keçirilməsini dəstəkləyir.
Bununla belə, Trampın hərbi əməliyyatların yenidən başlanmasına razılıq verib-verməyəcəyi hələ məlum deyil.
Məlumata görə, Vaşinqton və Təl-Əviv İrana qarşı mümkün hücum variantlarını qiymətləndirməyə davam edirlər.
Qeyd olunur ki, yeni hərbi əməliyyatla bağlı yekun qərarın qəbul edilməsi ABŞ Prezidentinin mövqeyindən asılı olacaq.
17:27 20.11.2026
Oxunuş sayı: 117