Merts: Almaniya şirkətləri Ukraynanı tərk etməyib
Almaniya Kansleri Fridrix Merts bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri heç bir Almaniya şirkəti Ukraynanı tərk etməyib.
Crossmedia.az xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts bu barədə Almaniya-Ukrayna iqtisadi əməkdaşlığına həsr olunmuş tədbirdə açıqlama verib.
“Xanımlar və cənablar, bu müharibənin başlanmasından bəri bir dənə də olsun Almaniya şirkəti Ukraynanı tərk etməyib”, – deyə kansler bildirib.
Merts qeyd edib ki, müharibə dövründə Ukraynada fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı əhəmiyyətli dərəcədə artıb.
Onun sözlərinə görə, müharibənin başlanmasından bəri bu ölkədə fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı təxminən üç dəfə çoxalıb.
17:16 20.11.2026
Oxunuş sayı: 94