Badamdarda torpaq sürüşməsi ilə bağlı təhlükəli vəziyyət
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.
Bu barədə Crossmedia.az-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Ərazidə vəziyyətin dinamikası izlənilir.
13:25 20.11.2026
Oxunuş sayı: 73