Almaniya XİN başçısı Azərbaycana səfər edəcək
Almaniyanın xarici işlər naziri Yohan Vadeful yaxın günlərdə Azərbaycan və Ermənistana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Bakıya yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
Xristian Demokrat İttifaqının (CDU) üzvü olan Vadefulun Cənubi Qafqaz səfəri çərçivəsində hər iki ölkəyə baş çəkməsi nəzərdə tutulur.
Nazirin səfərinin dəqiq proqramı və keçirəcəyi görüşlərin gündəliyi barədə əlavə məlumat verilməyib.
13:11 17.11.2026
Oxunuş sayı: 113