Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati qaydada həbs edilib.
Crossmedia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, "Tofaş" markalı, 10-GU-380 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ü.Mirzəzadə avtoxuliqanlıq etdiyi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ü.Mirzəzadə inzibati qaydada həbs olunub və onun nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb.
10:58 16.11.2026
Oxunuş sayı: 103