Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsinə hazırlıq başlayıb
ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Kelli “X” sosial şəbəkəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner müharibənin başa çatdırılması məqsədilə Rusiya və Ukrayna tərəfləri ilə fəal danışıqlar aparıblar.
Onun sözlərinə görə, nümayəndələr bu həftə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ikinci raundunda iştirak ediblər. Daha sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçiriblər.
Danışıqlar nəticəsində müharibənin başlanmasından bəri ən böyük əsir mübadiləsinin hazırlanmasına başlanıldığı bildirilib.
Kelli həmçinin gələcək sülh danışıqlarına Avropa ölkələrinin nümayəndələrinin də cəlb olunacağını açıqlayıb.
Bununla belə, planlaşdırılan əsir mübadiləsinin tarixi, iştirakçıların sayı və digər detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Görüşlərdə əsirlərin mübadiləsi məsələsində irəliləyiş əldə olunsa da, müharibənin başa çatdırılması ilə bağlı əsas fikir ayrılıqları qalmaqdadır.
14:39 14.11.2026
Oxunuş sayı: 143