Moldovada Qaqauziyanın rəhbər və parlament seçkiləri keçiriləcək
Moldovanın tərkibindəki Qaqauziya Muxtar Ərazi Qurumunda noyabrın 15-də başqan və Xalq Məclisinin üzvləri seçiləcək.
Crossmedia.az xəbər verir ki, Moldovanın “Moldpres” agentliyi bu barədə məlumat yayıb.
Seçkilərdə muxtariyyətin yeni rəhbəri və 35 nəfərdən ibarət Xalq Məclisinin üzvləri müəyyənləşdiriləcək.
Rəsmi məlumatlara əsasən, başqan vəzifəsi uğrunda 8 namizəd mübarizə aparır. Xalq Məclisinin 35 deputat yeri üçün isə 135 nəfərin namizədliyi qeydə alınıb.
Səsvermə üçün muxtar bölgədə 67 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri qaqauz, rumın və rus dillərində hazırlanıb.
Qaqauziyada başqan vəzifəsi əvvəlki rəhbər Yevgeniya Qutsulun məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsindən sonra vakant elan olunub.
Xalq Məclisinin əvvəlki tərkibinin səlahiyyət müddəti isə 2025-ci ilin noyabrında başa çatıb.
Moldovanın Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də hər iki seçkinin 15 noyabr 2026-cı ildə keçirilməsi barədə qərar qəbul edib.
Seçki kampaniyası oktyabrın 16-da başlayıb və noyabrın 13-də başa çatıb.
13:36 14.11.2026
Oxunuş sayı: 48