Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində gənclərə süni intellekt və proqramlaşdırmanın imkanları izah olunub
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində süni intellekt və proqramlaşdırma mövzusunda maarifləndirici görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, mərkəzin təsisçisi və direktoru Rezo Həsənov müasir dövrdə bu sahələrin əhəmiyyətindən danışıb. O, süni intellektdən düzgün və məsuliyyətli istifadənin vacibliyini vurğulayıb, texnologiyaların təhsil və gündəlik həyatda yaratdığı imkanlara diqqət çəkib.
İnnovasiya və Texnologiya Mərkəzinin üzvləri Nurlan Bədəlov, Kənan Həsənov və Bağda Əliyeva süni intellekt və proqramlaşdırmanın əsas xüsusiyyətləri, tətbiq imkanları və müasir dövrdə əhəmiyyəti haqqında təqdimatla çıxış ediblər. Görüşdə praktiki tapşırıqlar yerinə yetirilib, mövzu ətrafında müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb.
Təşəbbüsün məqsədi gənclərin texnoloji biliklərini genişləndirmək, innovativ həllərə maraqlarını artırmaq və müasir rəqəmsal vasitələrin səmərəli istifadəsinə töhfə vermək olub.
14:25 26.10.2026
Oxunuş sayı: 52