Ukraynada enerji böhranı ilə bağlı xəbərdarlıq edildi
Ukraynada enerji sisteminin 15 QVt gücünün sıradan çıxarılması halında əhali sutkada 20-22 saat işıqsız qala bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.news” bu barədə Kommunal Xidmətlər İstehlakçıları İttifaqının rəhbəri Oleq Popenkonun açıqlamasına istinadən məlumat yayıb.
Popenkonun sözlərinə görə, 15 QVt enerji gücünün itirilməsi Ukraynanın demək olar ki, bütün elektrik enerjisi istehsalının sıradan çıxması deməkdir.
Onun iddiasına görə, belə bir vəziyyət yaranarsa, ölkə əhalisinin gündə 20-22 saat elektrik enerjisiz qalması mümkündür.
18:10 06.10.2026
Oxunuş sayı: 57