Avropada müdafiə sahəsində yeni proqram yaradılır
Avropa Parlamenti sürətləndirilmiş müdafiə innovasiyaları proqramının yaradılmasını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “Avropa Parlamenti” yeni proqramın təhlükəsizlik sahəsində, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan çağırışlara daha sürətli reaksiya verməyə imkan yaradacağını bildirib.
Proqramın əsas məqsədi müdafiə sahəsində innovativ həllərin hazırlanması və tətbiqinin sürətləndirilməsi, həmçinin yeni təhlükəsizlik çağırışlarına operativ cavab verilməsi olacaq.
18:03 06.10.2026
Oxunuş sayı: 55