Bahçelidən Ərdoğanla bağlı mühüm mesaj: “Yenidən namizəd olması üçün...”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində yenidən namizədliyinin irəli sürülməsi imkanından danışıb.
Crossmedia.az xəbər verir ki, Bahçelinin sözlərinə görə, Ərdoğanın yenidən prezidentliyə namizəd ola bilməsi üçün Türkiyə Böyük Millət Məclisində növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilməlidir.
MHP lideri bildirib ki, belə bir seçkinin 2028-ci ildə keçirilməsi məqsədəuyğundur.
“İcra hakimiyyətində Ərdoğan, qanunverici hakimiyyətdə isə MHP olmalıdır”, – deyə Bahçeli bildirib.
Bahçelinin açıqlaması Ərdoğanın növbəti prezident seçkilərində mümkün namizədliyi ilə bağlı siyasi müzakirələri yenidən gündəmə gətirib.
17:40 06.10.2026
Oxunuş sayı: 50