Bolqarıstan hökumətindən Qara dənizdəki hücumla bağlı- REAKSİYA
Bolqarıstan sahilləri yaxınlığında iki ticarət gəmisinə dronlarla hücum edilib, gəmilərdən biri batıb və iki nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, “Novinite” bu barədə Bolqarıstan və Rumıniya rəsmilərinə istinadən məlumat yayıb.
Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, Toqo bayrağı altında üzən “Alfa Watan” gəmisi ölkə sahilindən təxminən 70 dəniz mili məsafədə batıb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.
Digər “Able” gəmisində isə yanğın baş verib. Gəmidəki 18 ekipaj üzvünün hamısı xilas edilib, onlardan bəzilərinin yaralandığı qeyd olunub.
Bu, Bolqarıstanın iqtisadi zonasında gəmilərə qeydə alınmış ilk hücum hadisəsi kimi qiymətləndirilir.
Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə bir neçə dronun aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, pilotsuz uçuş aparatları və ya kamikadze dəniz dronları kimi müəyyən edilən obyektlər bir neçə ərazidə zərərsizləşdirilib.
15:38 06.10.2026
Oxunuş sayı: 57