İşçisi 50-dən çox olan şirkətlərə yeni tələb qoyulub
Azı 50 işçisi olan hüquqi şəxslər korrupsiya ilə bağlı məlumatların ötürülməsi üçün xüsusi kommunikasiya kanalları yaratmalıdır.
Crossmedia.az xəbər verir ki, bu tələb Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 işçisi olan digər hüquqi şəxslər müvafiq kommunikasiya kanalları yaratmalıdır.
Bu kanallar vasitəsilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların elektron qaydada ötürülməsi, konfidensiallığın və anonimliyin təmin edilməsi, həmçinin konfidensial məsləhət almaq mümkün olacaq.
15:14 06.10.2026
Oxunuş sayı: 48