Azərbaycana dəniz məhsullarının idxalı 44 faiz artıb
Azərbaycana bu ilin yanvar-avqust aylarında 39,5 milyon ABŞ dolları dəyərində balıq və digər dəniz məhsulları idxal edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəyə balıqlar, xərçəngkimilər, molyusklar və digər su onurğasızlarının idxalının dəyəri 39,5 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,1 faiz artıb.
15:05 06.10.2026
Oxunuş sayı: 53