Paşinyan: TRIPP layihəsi regionun iqtisadi vəziyyətini dəyişəcək
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Crossmedia.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, hazırda TRIPP layihəsinin icrasına başlamaq üçün intensiv iş aparılır. O bildirib ki, layihə yalnız Ermənistanın deyil, bütün regionun iqtisadi vəziyyətinin dəyişdirilməsində mühüm rol oynaya bilər.
Ermənistan Baş naziri qeyd edib ki, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədinin açılması, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolu əlaqələrinin bərpası gözlənilir.
14:48 06.10.2026
Oxunuş sayı: 49