Fransa yeni nüvədaşıyıcı raketi sınaqdan keçirib
Fransa sualtı qayıqlardan buraxılan və nüvə başlığı daşıya bilən yeni M51.3 ballistik raketini ilk dəfə sınaqdan keçirib.
Crossmedia.az xəbər verir ki, “AFP” bu barədə məlumat yayıb.
Sınaq zamanı silahsız raket Bretan sahilləri yaxınlığından buraxılıb və sahildən yüzlərlə kilometr məsafədə, Şimali Atlantik okeanına düşüb.
M51.3 raketi Fransanın strateji sualtı qayıqlarından buraxılmaq üçün nəzərdə tutulub və nüvə başlığı daşımaq imkanına malikdir.
14:28 06.10.2026
Oxunuş sayı: 48