Əsgər hadisəsi ilə bağlı İrəvandan gözlənilməz açıqlama
Azərbaycan naməlum şəraitdə Ermənistan tərəfinə keçən əsgərinin itkin düşdüyünü bilən kimi dərhal İrəvana məlumat verib.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.
“Azərbaycan tərəfinin əsgərinin itkin düşdüyünü bilən kimi Ermənistan tərəfinə məlumat verməsi yaxşıdırmı? Bu yaxşıdır. Əgər sülh olmasaydı, bu baş verməzdi”, - spiker bildirib.
Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur. (Teleqraf)
13:07 06.10.2026
Oxunuş sayı: 46