Bolqarıstan sahillərində dron hücumu: Gəmi batıb, ekipaj itkin düşüb
Bolqarıstan sahillərində iki kommersiya gəmisinə dronlarla hücum edilib, nəticədə gəmilərdən biri batıb, onun ekipaj üzvləri isə itkin düşüb.
Crossmedia.az xəbər verir ki, ilkin məlumatlara görə, bu, Bolqarıstanın müstəsna iqtisadi zonasında dəniz nəqliyyatına qeydə alınmış ilk dron hücumudur.
Toqo bayrağı altında üzən “Alfa Watan” gəmisi Bolqarıstan sahilindən təxminən 70 dəniz mili məsafədə batıb. Gəminin ekipaj üzvləri hələ də itkin hesab olunur.
Digər “Able” gəmisində isə hücumdan sonra yanğın baş verib. Gəmidə olan 18 ekipaj üzvünün hamısı xilas edilib. Onlardan bəzilərinin xəsarət aldığı bildirilir.
Dronların kimə məxsus olduğu və hücumların mənşəyi hələlik məlum deyil.
Hadisə ilə əlaqədar Bolqarıstanın baş naziri təcili müşavirə keçirəcək.
13:01 06.10.2026
Oxunuş sayı: 46