Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər yaralandı
Rusiyanın Kamçatka vilayətində Mi-8 helikopteri sərt eniş edərək aşıb, hadisə nəticəsində üç ekipaj üzvü yüngül xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Rosaviasiya” bu barədə məlumat yayıb.
Hadisə Jupanova dağ çayı ərazisində baş verib. Helikopter sərt eniş etdikdən sonra aşıb.
Ekipajın üç üzvü yüngül xəsarət alıb və ərazidən təxliyə olunub.
Helikopterin “Kamçatskoye aviatsionnoye predpriyatiye” ASC-yə məxsus olduğu bildirilib.
12:34 06.10.2026
Oxunuş sayı: 47