Azərbaycanlı şəxslər Gürcüstandan deportasiya edilib
Gürcüstan son günlərdə 19 ölkənin 107 vətəndaşını ölkədən deportasiya edib.
Crossmedia.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, deportasiya Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində baş tutub.
Ölkədən çıxarılanlar arasında İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları da var.
Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Qeyd edək ki, bu ilin əvvəlindən Gürcüstanın Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən ölkədən təxminən 3 300 xarici vətəndaş deportasiya edilib.(Report.az)
11:34 06.10.2026
Oxunuş sayı: 60