Ələt hava limanı bu tarixdə açılacaq
Ələt Azad İqtisadi Zonasının ərazisində tikilən hava limanının 2027-ci ilin mart ayının sonu – aprel ayının əvvəlində istismara hazır olması gözlənilir.
Crossmedia.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov “Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026”da çıxışı zamanı deyib.
O, bildirib ki, hava limanı və onun ətrafında logistika infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı yerli yükdaşıma şirkəti “Silk Way Airlines” ilə razılıq əldə olunub.
Onun sözlərinə görə, layihə üçün 750 hektar torpaq sahəsi ayrılıb.
“Silk Way Airlines”ın iştirakı ilə həyata keçirilən layihə çərçivəsində hava limanının tikintisinə 2024-cü ilin aprelində başlanılıb. Tikinti işlərinin 2026-cı ilin sonunda başa çatdırılması planlaşdırılır.
Hava limanının birinci mərhələdə illik yükötürmə qabiliyyətinin 500 min ton olacağı bildirilir. Bu göstəricinin mərhələli şəkildə artırılaraq ən azı 2 milyon tona çatdırılması nəzərdə tutulur.(APA-Economics)
10:54 06.10.2026
Oxunuş sayı: 62