Rusiyanın Ukraynaya zərbələrinin səbəbi açıqlanıb
Rusiya ordusunun Ukraynaya qarşı hazırkı hərəkətləri Ukraynanın Rusiyanın dinc iqtisadiyyatına zərbələrinə cavabdır.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin hazırda həyata keçirdiyi əməliyyatlar Ukraynanın Rusiyanın dinc iqtisadiyyatına endirdiyi zərbələrə görə qisas xarakteri daşıyır.
“Hazırda bizim silahlı qüvvələrimizin gördüyü işlər buna görə qisas almaqdır. Ukrayna bu əməllərinə görə mütləq bədəl ödəyəcək”, – deyə Peskov bildirib.
22:47 05.10.2026
Oxunuş sayı: 55