İsrail Prezidenti İrana qarşı sərt ittihamlar səsləndirdi
İsrail Prezidenti İsxak Hersoq İranı azad dünyanı ələ keçirmək istəyən “şər imperiyası” kimi xarakterizə edib.
Crossmedia.az xəbər verir ki, Hersoq İranın bu məqsədlə fəaliyyət göstərdiyini bildirib.
“Biz bu müharibəyə can atmamışıq. Bu müharibə bizə dəhşətli və barbar terrorçular tərəfindən məcbur edilib”, – deyə İsrail Prezidenti bildirib.
Hersoq İsrailin həyata keçirdiyi fəaliyyətlərin Qərbi və azad dünyanı müdafiə etməyə yönəldiyini vurğulayıb.
21:24 05.10.2026
Oxunuş sayı: 51