Dollar bahalaşdı – Məzənnə 85 rublu keçdi
ABŞ dollarının Rusiya banklararası bazarındakı məzənnəsi sentyabrın 25-dən bəri ilk dəfə 85 rublu ötüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Finam”ın məlumatlarında bildirilir.
Oktyabrın 5-də Moskva vaxtı ilə saat 12:53-də dolların məzənnəsi 85,03 rubla yüksəlib. Bu, gün ərzində 1,2 faizdən çox, yəni 1 rubldan artıq artım deməkdir və son bir həftə yarımın maksimum göstəricisi hesab olunur.
Bununla belə, ekspertlər orta müddətli perspektivdə rublun kəskin ucuzlaşacağını gözləmirlər. Onların fikrincə, Yaxın Şərqdə növbəti gərginlik fonunda neft qiymətlərinin yüksək qalması və vergi dövrünün təsiri Rusiya valyutasına dəstək verə bilər.
“Tsifra Broker”in analitiki Aleksandr Dudnikov da Rusiya Mərkəzi Bankının sərt pul-kredit siyasətinin rubl üçün müsbət amil olduğunu bildirib. Onun sözlərinə görə, yüksək uçot dərəcəsi rublla əmanət və depozitlərin cəlbediciliyini qoruyur.
Maliyyə Universitetinin Strateji və innovativ inkişaf kafedrasının dosenti Mixail Xaçaturyan isə dolların dördüncü rübdə əsasən 80-85 rubl diapazonunda qalacağını proqnozlaşdırıb.
20:22 05.10.2026
Oxunuş sayı: 46